Gürcüstan Azərbaycandan elektrik idxalını kəskin azaldıb - Özü isə ixracı artırıb

15:59 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 153.46 ABŞ dolları dəyərində 3 290.25 min kVs elektrik enerjisi idxal edib.

ABC.AZ xəbər verir ki, sözügedən rəqəmlər Gürcüstan Milli Statistika İdarəsinin hesabatında əksini tapıb.

Bildirilib ki, cari il ərzində Azərbaycandan idxal edilən elektrik enerjisinin dəyəri illik ifadədə 63 dəfə və ya 9 504.92 min dollar, həcmi isə 126 180.75 min kVs və ya 39.34 dəfə azalıb. 2022-ci ilin ilk 11 ayı ərzində Gürcüstan Azərbaycandan 9 658.38 min dollar dəyərində 129 471 min kVs elektrik enerjisi idxal edib.

2023-cü ildə Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin dəyəri illik ifadədə 22.6% artıraraq 103 296.7 min dollara çatıb.