“Tesla” bu səbəbdən 2.031 milyon elektrik avtomobilini geri çağırıb

10:30 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. “Tesla” avtopilot funksiyasına cavabdeh olan proqram təminatını yeniləmək üçün ABŞ-da 2.031 milyon elektrik avtomobilini geri çağırdığını elan edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, geri çağırma 2012-2023 Model S, 2016-2023 Model X, 2017-2023 Model 3 və 2020-2023 Model Y avtomobillərini əhatə edir.

Şirkətin müraciətində qeyd edildiyi kimi, geri çağırma sürücünün avtopilot funksiyasından istifadə təlimatlarına əməl etmədiyi təqdirdə qəza riskini azaltmaq üçün zəruridir.