Fransada “iPhone 12” qadağan edilə bilər

10:51 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Fransada “iPhone 12” ilə bağlı diqqətçəkən bir qərar verilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, X sosial media platformasındakı açıqlamasında rəqəmsallaşma və telekommunikasiyadan məsul nazir Barrot, ABŞ texnologiya nəhəngi “Apple” bir yeniləmə gətirənə qədər Fransada “iPhone 12” model telefonun satışının dayandırıldığını bildirib..

Nazir Barrot, Milli Tezlik Agentliyindən (ANFR) sözügedən qadağaya əməl etmək üçün bütün zabitlərini səfərbər etməyi xahiş etdiyini qeyd edib.

Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə “iPhone 12″lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.