15:49 - 12.09.2023
12 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektron satınalmaların həcmi 621,8 milyon manat olub ki, bu da ümumi satınalmaların 21,1 %-ni təşkil edib.
ABC.AZ xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların həcmi 18,9 %, ümumi satınalmalara nisbətdə xüsusi çəkisi isə 5,7 faiz bəndi artıb.
Cari il ərzində "http://etender.gov.az" portalı vasitəsilə ümumilikdə 3 270 elektron satınalma həyata keçirilib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026