11:29 - 5.09.2023
5 sentyabr, Fineko/abc.az. Hazırda bazarda öz gücünü daxili yanma mühərrikindən alan bir çox “Scania” yük maşını modeli var.
ABC.AZ xəbər verir ki, bu modellərlə yanaşı müxtəlif layihələr üzərində çalışan nəhəng şirkət, son günlərdə dünyanın ilk günəş panelli hibrid yük maşını ilə səs-küy yaratdı.
Şirkət daxilində xüsusi bir “araşdırma layihəsi” çərçivəsində həyata keçirilən bu vasitə, qoşqusunda daşıdığı günəş panelləri ilə açıq havada enerji toplayır və onu daşıdığı güclü elektrik sisteminə ötürür.
Yük maşını üçün 100 kVt/saat, batareya funksiyasını yerinə yetirən günəş panelləri olan yarımqoşqu üçün isə 200 kVt/saat enerji saxlama qabiliyyətini elan edən şirkət, prosesin ən mühüm aspekti olan istifadə qaydaları haqqında hələ ətraflı məlumat vermir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026