“Toyota Motor” bu səbəbdən zavodlarını bağlaya bilər

10:31 - 29.08.2023


29 avqust, Fineko/abc.az. Yaponiyanın “Toyota Motor” şirkəti iki zavodunu bağlamağı düşünür.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” nəşri məlumat yayıb. Buna səbəb kimi, ölkədə sistem nasazlığı göstərilir.

Belə ki, gün ərzində şirkətin Yaponiyadakı bütün müəssisələrinin işi dayandırılacaq.

Əvvəllər bu nasazlıq səbəbindən 14 zavoddan 12-si artıq bağlanmışdı. Uğursuzluğun nədən qaynaqlandığı hələlik məlum olmasa da, bunun sistem xarakterli olduğu qeyd edilir.

Müəllif: Elmir Murad