15:09 - 22.08.2023
22 avqust, Fineko/abc.az. Müəyyən işbazlar var ki, bazarda ətin qiymətini qaldırırlar.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, qiymət artımına səbəb olan amillərdən biri də inhisarçılıqdır.
“Müəyyən fermerlər hələ də öz məhsullarını bazara çıxarıb ucuz qiymətə sata bilmirlər. İşbazlar var, bunlar iri və xırdabuynuzlu mal-qaranı rayonlardan ucuz qiymətə alırlar və şəhərdə ətin qiyməti qalxır. Ona görə də burada müəyyən normalar tətbiq olunmalıdır, inhisarçılığın qarşısı alınmalıdır, fermerlərin bazara çıxışı təmin olunmalıdır və müxtəlif yerlərdə ət mağazaları təşkil olunmalıdır ki, fermerlər öz heyvanların gətirib orada sata bilsinlər. Müəyyən işbazlar hazırkı vəziyyətdən istifadə edərək, ətin qiymətini qaldırırlar”, - deyə o qeyd edib.
Komitə sədri qeyd edib ki, ətin bahalaşmasının səbəblərindən biri də iqlim dəyişikliyidir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026