Yeddi ayda 198,2 min ton tərəvəz və meyvə idxal edilib

17:27 - 21.08.2023


21 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında 198,2 min ton tərəvəz və meyvə idxal edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

İdxal olunan tərəvəz və meyvənin dəyəri 132,7 milyon dollar olub.

Qeyd edək ki, keçən ilin eyni dövründə dəyəri 142 milyon dollar olmaqla 231 min ton tərəvəz və meyvə idxal edilib.