Təbii qazın həcmi artıb

15:12 - 8.08.2023


8 avqust, Fineko/abc.az. Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz istehsalının həcmi 18177,8 milyon kubmetr təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, təbii qaz üzrə ehtiyatların 29,9 faizi ölkə daxilində istehlak edilib, 56,5 faizi ixrac olunub, 1,5 faizi itkiyə getmiş, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıbdır.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.
2023-cü ilin yanvar-iyun aylarında 11800,0 milyon kubmetr və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox təbii qaz ixrac edilib.