15:26 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “AzərEnerji” ASC-nin, eləcə də Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü baş tutub.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüş çərçivəsində tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını ətraflı müzakirə ediblər.
Əlavə olunub ki, danışıqlar zamanı bu məqsədlə Azərbaycan və Ermənistanın enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantları da nəzərdən keçirilib.
25 Avqust 2026