"Volkswagen"də krizis dərinləşir: 50 min işçinin ixtisarı və 5 zavodun bağlanması planlaşdırılır

16:47 - 25.08.2026


25 avqust, Fineko/abc.az. Almaniyanın "Volkswagen" (VW) konserni tarixinin en dərin böhranlarından birini yaşayır.

Şirkət rəhbərliyinin əlavə 50 min işçini ixtisar etmək və Almaniyadakı 5 zavodu bağlamaq planı işçilərin və həmkarlar ittifaqlarının kəskin etirazına səbəb olub. Şirkətin Volfsburqdakı mənzil-qərargahında 10 mindən çox işçinin iştirakı ilə keçirilən toplantıda İş Şurasının sədri Daniela Kavallo CEO Oliver Blumeyə olan inamın ciddi şəkildə zədələndiyini bildirib və zavodların bağlanması planını qətiyyətlə rədd edib.

Öz növbəsində "Volkswagen"in baş icraçı direktoru (CEO) Oliver Blume geri addım atmayacaqlarının siqnalını verib. Şirkətin 3,8%-lik aşağı mənfəət marjası ilə gələcəyini maliyyələşdirə bilməyəcəyini vurğulayan Blume, Çin istehsalçılarının aqressiv rəqabətini, Almaniyadakı yüksək xərcləri və ABŞ-nin milyardlarla dollarlıq gömrük rüsumlarını əsas səbəb kimi göstərib. Şirkətin küçülmə planlarına qarşı "IG Metall" həmkarlar ittifaqı və Aşağı Saksoniya torpağının hökuməti də işçilərə dəstək nümayiş etdirərək kütləvi etirazlara başlayacaqlarını bəyan ediblər.