17:08 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Böyük Britaniyanın “Interocean Group” şirkətinə daxil olan “Interocean Energy Services FZCO” Bakıda fəaliyyət göstərən “Green Line Shipping LLC” ilə strateji birgə müəssisə yaradıb.
Bu tərəfdaşlıq “Interocean Group”un Azərbaycanda və ümumilikdə Xəzər regionunda mövqelərini möhkəmləndirməyə, eləcə də dənizçilik, dənizdə enerji və dəniz təminatı sahələrində yeni layihələr həyata keçirməyə yönəlib. Yeni təşəbbüsə şirkətin Kommersiya Direktoru (CCO) Aleks Klark rəhbərlik edir.
Əməkdaşlıq “Interocean Group”un beynəlxalq standartlarını və dəniz əməliyyatları sahəsindəki təcrübəsini “Green Line Shipping”in yerli bazar biliyi və əməliyyat imkanları ilə birləşdirir. Qeyd edək ki, bu tərəfdaşlıq strateji, qeyri-səhm əsaslı çərçivə xarakteri daşıyır və şirkətlərin birləşməsini nəzərdə tutmur. Dünyanın 17 ölkəsində fəaliyyət göstərən “Interocean Group” və dənizçilik xidmətləri üzrə ixtisaslaşan “Green Line Shipping” hər bir layihə üzrə idarəetmə mexanizmlərini ayrıca razılaşdıracaqlar.
25 Avqust 2026
25 Avqust 2026