17:03 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) qızıl ehtiyatı ölkənin suveren xarici buferlərinin möhkəmləndirilməsində əsas amildir. "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatına əsasən, birinci rübün sonuna SOFAZ-ın investisiya portfeli 73,5 milyard dollara çatıb ki, bu da ölkənin proqnozlaşdırılan illik ÜDM-nin təxminən 93,2%-ni təşkil edir. Qızıl portfelin 36%-lik payı ilə ən böyük tərkib hissəsidir.
"Fitch"in hesabatından əsas məqamlar:
Aktivlərin artımı: Qiymətli metalın bahalaşması 2023-cü ildən bu ilin I rübünədək SOFAZ-ın aktivlərinin 19,4 milyard dollar artmasını təmin edib. Bu artımın 26%-i qızıl ehtiyatlarının həcminin artırılması hesabına əldə olunub.
Qlobal alıcılar sırasında: 2024–2026-cı ilin iyun dövründə 76 ton qızıl alan SOFAZ Polşa, Çin və Hindistandan sonra dünyanın ən böyük institusional alıcıları sırasına daxil olub. 2026-cı ilin yanvar-aprel aylarında portfelin yenidən balanslaşdırılması məqsədilə qızılın bir hissəsi satılıb.
Strateji üstünlük və saxlama: Özbəkistan və Qırğızıstandan fərqli olaraq, Azərbaycanda qızılın eksporta payı cüzi təşkil edir (2025-ci ildə 0,2%). Qızılın ölkə daxilində fiziki saxlanılması siyasi-hüquqi riskləri azaldır.
Suveren reytinq: Azərbaycanın suveren reytinqi "BBB-" ("Sabit" proqnoz) səviyyəsində təsdiqlənib. Agentlik ölkənin xarici kredit öhdəlikləri və valyuta likvidliyini "müstəsna dərəcədə güclü" qiymətləndirib. (C) Report
25 Avqust 2026