16:55 - 25.08.2026
25 avqust, Fineko/abc.az. "AzerGold" QSC 2026-cı ilin I yarımilini 56,673 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Cəmiyyətin maliyyə hesabatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 70,8% çoxdur.
Hesabat dövrü üzrə əsas maliyyə göstəriciləri:
Satışdan gəlirlər: 145,616 milyon dollar (24,8% artım)
Satışın maya dəyəri: 63,69 milyon dollar (1,62% artım)
Ümumi və inzibati xərclər: 22,246 milyon dollar (59,4% artım)
İcarə gəlirləri: 7,5 milyon dollar
Sair gəlirlər: 1,784 milyon dollar (2,6 dəfə artım)
Maliyyə gəlirləri: 1,807 milyon dollar (2,3 dəfə artım)
Mənfəət vergisi ödəmələri: 14,098 milyon dollar (68,6% artım)
Aktivlər və kapital dinamikası (1 iyul 2026-cı il tarixinə):
Cəmi aktivlər: 20,2% artaraq 645,731 milyon dollara çatıb.
Cəmi öhdəliklər: 3,6% azalaraq 100,014 milyon dollara düşüb.
Balans kapitalı: 25,9% artaraq 545,717 milyon dollar təşkil edib.
Nizamnamə kapitalı: 4,5 dəfə artaraq 163,706 milyon dollara yüksəlib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026