16:51 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, "Azəripək" ASC "Azərxalça" ASC-yə qoşulması formasında yenidən təşkil olunur və bu addımla "Azəripək"in dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır.
Fərmandan irəli gələn əsas məqamlar:
Hüquqi varislik: "Azərxalça" ASC "Azəripək"in hüquqi varisi hesab olunur, onun bütün hüquqları, öhdəlikləri və əmlakı cəmiyyətə keçir.
Tabeliyə verilmə: Baramaçılığın damazlıq işinin təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə "Azərxalça" ASC-nin tabeliyə verilir.
Fəaliyyət dairəsi: Cəmiyyət ipəkçilik və xalçaçılıq sahələrində istehsal, emal, satış, ixrac, xammal bazasının inkişafı və fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.
İdarəetmə: Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
25 Avqust 2026
25 Avqust 2026