12:28 - 7.07.2023
7 iyul, Fineko/abc.az. “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərdə əsas məqsəd dərman bazarında qiymətlərin optimallaşdırılması və xüsusən də son dövlər qiymətləri yüksələn dərmanlarn qiymətlərində artımın qarşısını almaqdır.
ABC.AZ-ın məlumatına görə bunu deputat Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, dərman bazarında qiymətlərin uzun müddətli dövr üçün stabilləşməsi və optiamllaşdırılması, xüsusən də aşağı salınması üçün yerli istehsalın təşkil edilməsinə ehtiyac var.
"Azərbaycan dərman preparatlarına olan tələbin 90 faizindən çoxunu idxal edir. Bu da nəticə etibarilə qiymətlərə təsir göstərir. Xüsusəndə qardaş Türkiyə ilə yerli istehsalı təşkil etmək mümkündür. Yerli istehsalın təşkil edilməsi praktik olaraq dərmanların qiymətlərinin kəskin ucuzlaşmasına gətirib çıxara bilər. Bu istiqamətdə danışıqlar gedir. Daha tez yerli istehsala başlanması həm də daha keyfiyyətli dərmanların olmasına və xüsusəndə dərman qıtlığının ardan qaldırılmasına gətirib çıxara bilər", - deyə o qeyd edib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026