“ExxonMobil”in mənfəəti azalacaq - PROQNOZ

16:02 - 6.07.2023


6 iyul, Fineko/abc.az. Təbii qaz qiymətlərinin düşməsi “ExxonMobil”in mənfəətinə mənfi təsir göstərəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, neft nəhəngindən bildirilib ki, qazın qiymətinin aşağı düşməsi xammal sektorunda əvvəlki rüblə müqayisədə aprel-iyun dövründə gəlirləri 1,8 milyard dollar azalaraq 2,2 milyard dollara endirəcək.

Zəif emal marjaları alt sektorun mənfəətini 2 milyard dollardan 2,2 milyard dollara qədər azaldacaq.

Qeyd edək ki, neft nəhəngi 2022-ci ilin birinci rübündə Rusiyanın Ukraynaya geniş miqyaslı işğalı nəticəsində neft və qaz qiymətlərinin rekord həddə çatdığı vaxtda 11,4 milyard dollar gəlir əldə edib.