“Fairy” reklam qaydalarını pozdu

16:06 - 5.07.2023


5 iyul, Fineko/abc.az. Azərbaycandakı “Prokter & Gembl Azərbaycan Servisləri” MMC şirkəti məhsulunu reklam edərkən haqsız rəqabətə yol verib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a xəbər verir ki, söhbət “Fairy” qabyuyan mayenin reklamından gedir.

Məlum olur ki, şirkət qabyuyan mayesinə aid “özünü yoranlar ailəsi – işini bilənlər ailəsi” məzmunlu reklamların yayımlanması zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmaqla haqsız rəqabətə yol vermə əlamətləri var.

Buna görə də AİBNDX “P& G Azərbaycan Servisləri” MMC-yə qarşı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlaməti ilə iş qaldırıb.

Məsələyə, 25 iyul 2023-cü il tarixində AİBNDX-də baxılacaq.