17:20 - 24.06.2023
24 iyun, Fineko/abc.az. Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.
İki gündən artıqdır ki, bütün marketlərdə çörəyin qiymətində ucuzlaşma var. Belə ki, 650 qramlıq çörək artıq 65 qəpiyə yox, 60 qəpiyə satılır.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dünyada taxılla bağlı yaşanan narahatlıq dövrü artıq bitib.
"Ötən ilin ikinci yarısından sonra dünyada taxılın qiyməti ucuzlaşıb. Taxılın ucuzlaşması çörəyin qiymətinə də təsir edib. Taxılın ən baha olduğu dövr ötən ilin ortalarına təsadüf edir. Əsas səbəb isə Ukrayna taxılının dünya bazarına çıxarılmaması qorxusu və Rusiyanın taxıl ixracına rüsum tətbiq etməsi idi. 2022-ci il iyul ayından etibarən açılan “taxıl koridoru”ndan sonra isə qiymətlər hər ay bir neçə faiz enməyə başladı."
Ekspertin sözlərinə görə, hazırda Azərbaycan buğda tələbatının 57-58 faizini öz istehsalı hesabına qarşılayır.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026