Cari ildə qeyri-neft sektoruna aid ən çox mal Türkiyəyə ixrac edilib

14:34 - 24.06.2023


24 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may ayları ərzində Türkiyəyə 464,6 milyon ABŞ dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ “İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, siyahıda Rusiyaya 404 milyon ABŞ dolları, Gürcüstana 161,2 milyon ABŞ dolları, İsveçrəyə 53 milyon ABŞ dolları, Qazaxıstana isə 47,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunduğu qeyd edilib.