Neft bahalaşır, Brent bir barel üçün $72,30 təşkil edir

09:05 - 13.06.2023


13 iyun, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə güclü enişdən sonra çərşənbə axşamı baş tutan ticarətdə neftin etalon markalarının qiyməti yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri saat 09:00–da $0,46 (0,64%) artaraq bir barel üçün $72,30-a çatıb. İyunun 12-də Brent markalı neftin avqust fyuçersləri $2,95 (3,94%), bir barelə $71,84-a düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti saat 09:00–da $0,33 (0,49%) artaraq bir barelə $67,45-a çatıb. İyunun 12-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $3,05 (4,35%) azalaraq bir barel üçün $67,12-a düşüb.