"Cratos Hall" restoranı buna görə cərimələndi

10:29 - 12.06.2023


12 iyun, Fineko/abc.az. Binəqədi rayonunda fəaliyyət göstərən "Cratos Hall" restoranından atmosferə tullantı atıldığı faktı təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən  ABC.AZ-a bildirilib ki, aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən obyektdə təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

“Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Yaşar Qasımov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimələnib. Restorandakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün Y.Qasımova məcburi göstəriş verilib”.