15:29 - 3.05.2023
3 may, Fineko/abc.az. “Sözsüz ki, “Trendyol” ilə bağlanan bu sazişin iqtisaiyyata həm mənfi, həm də müsbət təsirləri olacaq.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli “Trendyol”un bu gündən Azərbaycan bazarında rəsmi olaraq fəaliyyətə başlaması haqqında danışarkən deyib.
İqtisadçı bildirib ki, “Trendyol” Türkiyənin tanınmış elektron ticarət platformalarından biridir. Onların öz açıqlamasına əsasən, hazırda Azərbaycan bazarı onların ən önəmli, ən çox satış etdiyi bazarlardandır.
Məsələnin ölkədaxili yüngül sənayə məhsulları ilə bağlı satış bazarına təsiri haqqında danışan iqtisadçı bildirib ki, bu sazişin həm müsbət, həm də mənfi cəhətləri var:
“Müsbət cəhət kimi yəqin ki, biz bəzi məhsulları ucuz əldə edəcəyik. Başqa müsbət cəhəti yerli sahibkarlar da istehsal etdiyi məhsulları “Trendyol” vasitəsi ilə daha tez digər bazarlara çıxarmaq imkanı əldə edəcək. Ümumiyyətlə düşünürəm ki, Azərbaycanın elektron satış platformasının genişlənməsinə, inkişafına böyük təsir göstərəcək.
18 Avqust 2026