Bu gün gecədən Bakının mərkəzindəki yollar bağlanacaq

11:49 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına davam edir.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yayıb.

Məlumatda qeyd edilib ki, 20 aprel gecə 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.