15:57 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Hazırda kənd təsərrüfatı məhsullarının və tərəvəzlərin qiymətinin baha olmasına bir neçə amil təsir edir.
ABC.AZ xəbər verir ki, bunu ekspert Eyyub Kərimli bildirib.
O qeyd edib ki, bura mövsümü amillər, gübrə və pestiçidlərinin baha olması və bu sahədə vasitəçilərin və inhisarçıların təsiri aiddir.
Hazırda qiymət artımına bu 3 amilin təsiri böyükdür.
Digər tərəfdən soğan bə kartofnan bağlı yeni məhsulun bitməsinə qədər köhnə məhsulların qiyməti bahanolaraq qalır. İqtisadçı qeyd edib ki, bu qiymətlər suni şəkildə bahalaşır:
"Belə ki, bəzi hallarda bu məhsulların yerlərdə ucuz olduğunu lakin bazarlarda daha baha satıldığını müşahidə edirik. Fikrimcə artıq yeni məhsulların bitməsinə az qalıb və qiymətlər aşağı enə bilər. Lakin bu qiymətlər ötən ilkinə nisbətən daha baha olacaq. Ötən illə müqayisədə kartof və soğanın qiymətində 40% qədər artım pomidorda isə 100% qədər artım müşahidə olunur".
18 Avqust 2026