Rusiyanın məşhur ticarət şəbəkəsi bağlandı

15:34 - 10.04.2023


10 aprel, Fineko/abc.az. Rusiyanın məşhur ticarət şəbəkəsi "Karusel" fəaliyyətini dayandırıb. 

ABC.AZ Rusiya mətbuataına istinadən xəbər verir ki, bağlanan şəbəkə Rusiyanın ən böyük riteylər şirkətlərindən olan "X5 Group" ona məxsusdur.

Bu barədə şirkət özü elan edib. Bildirilir ki, son illər "X5 Group" şirkəti "Karusel" şəbəkəsini tədricən azaldırdı. Bu adla fəaliyyət göstərən sonuncu hipermarket fevralın sonunda fəaliyyətin dayandırıb.

Xatırladaq ki, 2019-cu ilin sonuna "X5" şirkəti 91 "Karusel" hipermarketini idarə edirdi. Amma dəyişikliklər nəticəsində onlardan 40-ı "Perekrestok" ticarət şəbəkəsinin idarəçiliyinə verilib.

Bəzi marketlər isə ya anbar kimi istifadə edilir, ya da satılıb.