15:38 - 21.02.2023
21 fevral, Fineko/abc.az. Ölkədə ətin qiymətində bahalaşma ardıcıl bir neçə aydır ki, davam edir. Paytaxtın pərakəndə satış məntəqələrində ətin qiymətində artım hiss edilir. Belə ki, qiymətlərdə 1-2 manat artım var. Bölgələrdə də ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata yüksəlib. Alıcılar da bunu təsdiq edilər.
Bəs ətin qiyməti niyə bahalaşır? Qiymət artımlarının əsas səbəbləri nələrdir?
ABC.AZ xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Margin.az"a bildirib ki, ətin qiymətinin bahalaşmasının bir neçə səbəbi var: "Birinci səbəb yem bazası ilə bağlıdır. Mövcud vəziyyətə baxanda görürük ki, hər il yem bazasında müəyyən problemlər yaşanır. Heyvanların otlaq sahələri azalır və bunun nəticəsində vətəndaşlar heyvan saxlamaq problemi ilə üzləşirlər. Otlaq sahələri azalanda heyvanları məhdud şəraitli yerdə saxlanmalıdır və bunun üçün də yem lazımdır. Yemin də bazar qiymətləri yüksəkdir. Nəticədə vətəndaş yem almaq üçün çox xərc çəkir və heyvanın saxlanma xərci də artır. Bazara çıxarılan heyvanın da qiyməti buna görə yüksək olur".
İqtisadçının sözlərinə görə, bayramqabağı bəzi hallarda ətin qiyməti bahalaşır və sonra qiymət yenidən enir: "Bu da hazırki vəziyyətdə müvəqqəti xarakter daşıya bilər. Başqa bir səbəb də ola bilər ki, ət istehsalı ilə məşğul olan fermerlər əti yerli bazara deyil, xarici bazara çıxarılmasına üstünlük veririlər. Nəticədə çatışmazlıq yaranır. Bu səbəblə daxili tələbat artır və qiymətlər də nisbətən bahalaşır".
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026