Dünyanın ən inkişaf etmiş ölkələrindən biri Azərbaycandan idxalı artırıb

14:51 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi ötən ay 238 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü müqayisədə 1.5 dəfə və ya 83,4 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycan İsrailə ixracından 237,1 milyon dollar qazanıb ki, bu da illik müqayisədə 53,7% çoxdur.