11:49 - 16.02.2023
16 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar ayında Azərbaycana 169 milyon 761 min dollar dəyərində yeyinti məhsulları idxal edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin eyni ayında yeyinti məhsullarının idxalı 19 milyon 905 min dollar və ya 13,3% artıb.
Ötən ilin yanvarında Azərbaycana 149 milyon 856 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi.
Azərbaycana 2021-ci ildə 1 milyard 929 milyon 891 min dollar, 2022-ci ildə 2 milyard 363 milyon 142 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026