10:15 - 15.02.2023
15 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzaladı.
ABC.AZ xəbər verir ki, sərəncamda deyilir:
Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,14 fevral 2023-cü il
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026