17:30 - 24.01.2023
24 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, nəzarət-kassa aparatının çekində əks olunmalı 1aməlumatlarda dəyişikliklər edilib. Nəzarət-kassa aparatının çekində tələb olunan məlumatların əks olunmadıqda bu çeki təqdim edən satıcının məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla yanaşı, ödənilmiş ƏDV-nin alıcıya qaytarılmasından imtinaya əsas verir.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, tələb olunan məlumatların əks olunmadığı çeklərin təqdim edilməsinə görə vergi ödəyicisinə
– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində
– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində
– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.