“Sun Food” MMC-nın 45 tona yaxın məhsulu yararsız çıxdı

17:18 - 5.01.2023


5 yanvar, Fineko/abc.az. İstehlaka yararsız 72 adda 10,2 ton, “Sun Food” MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu məhv edilib.

Bu barədə ABC.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.

Bildirilib ki, istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 72 adda 10,2 ton, “Sun Food” MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.