Bakıda ət yenə bahalaşdı – 20 manat oldu

10:44 - 5.01.2023


5 yanvar, Fineko/abc.az. Yeni il bayramı günlərində ölkədə ətin qiymətinin artması müşahidə olunub.

ABC.AZ xəbər verir ki, hazırda paytaxtın bəzi sallaqxanalarında dana ətinin 1 kiloqramı 14-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

Satıcılar bildiriblər ki, ətin bahalaşmasının səbəbi bayramda bu məhsula tələbatın artması ilə əlaqəlidir.

Satıcılar bildiriblər ki, qiymətin bahalaşması müvəqqətidir. Hesab edirlər ki, növbəti həftədən ətin qiyməti yenidən ucuzlaşacaq.