Bakıda daha bir ünvanda yarmarka açıldı

16:20 - 27.12.2022


27 dekabr, Fineko/abc.az. Bakının Binəqədi rayonunda - Əcəmi Naxçıvani və Koroğlu Rəhimov küçələrinin kəsişməsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası işə başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Məlumata görə, qurumun dəstəyi ilə keçirilən yarmarka mikro, kiçik və orta sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində təşkil olunub. Hər gün fəaliyyət göstərəcək yarmarkada 60-a yaxın sahibkarlıq subyektinə kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün şərait yaradılıb.