Bakıda daha bir metro stansiyasının açılışı olacaq

11:38 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. Bakı metropoliteninin “Xocasən” stansiyası və “Xocasən” elektrik deposu barədə xəbər var.

ABC.AZ xəbər verir ki, bu gün, yəni dekabrın 23-də hər iki infrastrukturun açılışı gözlənilir.

Ənənəvi olaraq açılış mərasimində prezident İlham Əliyevin iştirakı gözlənilir.

Açılışdan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək.

Müəllif: Elmir Murad