Avropa Bankı “Aztelekom”a 50 milyon dollar kredit ayırdı

17:25 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında 50 milyon ABŞ dolları (85 milyon manat) dəyərində kredit müqaviləsi imzalanıb.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, sənədi “Aztelekom”un baş direktoru Klaus Müller və EBRD-nin Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patron imzalayıb.

Kredit şirkətin genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi üçün ayrılacaq.

K.Müller Azərbaycanın regionlarında təxminən 280 mindən çox ev təsərrüfatında ən müasir genişzolaqlı infrastrukturun tətbiqinə EBRD-nin göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib: “Ölkəni əhatə edən genişzolaqlı internet şəbəkəsinin qurulması üçün hazırda RİNN-nin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsinin əsas operatoru olan “Aztelekom”a dövlət zəmanəti olmadan kredit aymrılası müsbət haldır”.