Moskva hava limanlarında 50-dən çox reys təxirə salındı

10:56 - 16.12.2022


16 dekabr, Fineko/abc.az. Cümə günü səhər saatlarında Moskvanın üç hava limanında bir çox reyslər təxirə salınıb.

ABC.AZ xəbər verir ki, Vnukovo, Domodedovo və Şeremetyevoda 50-dən çox reys təxirə salınıb və ya ləğv edilib.

Buna səbəb isə Moskvaya qar yağması göstərilir. Yağıntı paytaxtda cari dekabr ayı üçün normanı keçib.