11:43 - 7.12.2022
7 dekabr, Fineko/abc.az. Alman avtomobil istehsalçısı “Volkswagen”in ən məşhur modellərindən biri olan “Passat”ın Türkiyədə istehsalı və satışı dayandırılır.
ABC.AZ-ın məlumatına görə, bu barədə “Volkswagen” şirkəti açıqlama yayıb.
Açıqlamadan sonra “Volkswagen Passat”ın sedan versiyası Türkiyədə qiymət siyahılarından çıxarılıb.
Qeyd edək ki, son zamanlar elektrik avtomobillərinə daha çox sərmayə qoyan brendlər bir-bir köhnə populyar modellərindən imtina edirlər.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026