Yağ idxalına görə çəkilən xərc 71 milyon 453 min dollar artıb - Son 10 ayda

16:03 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi aylıq hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabatda 2022-ci ilin 10 ayı üzrə idxal-ixrac əməliyyatları qeyd edilib.

Hesabata əsasən, 2022-ci ilin 10 ayında bitki və kərə yağları idxalına görə Azərbaycandan xaricə 311 milyon 42 min dollar valyuta çıxıb.

Ötən ilin eyni dövründə bitki və kərə yağlarının idxalına 239 milyon 589 min dollar xərclənmişdi.

Beləliklə, yağların idxalına görə çəkilən xərc 71 milyon 453 min dollar artıb.

Bu artım bitki və kərə yağlarının pərakəndə satış qiymətlərində əks olunur və əhali tərəfindən ödənilir.