16:01 - 31.10.2022
31 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Qeyri-neft sektoru üzrə ixracatçı şirkətlərin reytinqi açıqlanıb.
ABC.AZ xəbər verir ki, yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2022-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 155,5 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,7 milyard manatlıq əməliyyat aparıblar.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19,7 milyon ABŞ dolları olub.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026