15:58 - 24.10.2022
24 oktyabr, Fineko/abc.az. Azərbaycanın Kosmik Agentliyi – Azərkosmos ilə Pakistanın Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası – SUPARCO arasında anlaşma memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, Memorandum kosmosun müxtəlif sahələri üzrə əməkdaşlığı nəzərdə tutur.
Buraya kosmik elm, texnologiya və tətbiqlər, kadr potensialının formalaşdırılması üzrə birgə fəaliyyət, həmçinin təcrübə mübadiləsi daxildir.
Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov qeyd edib ki, memorandum Azərbaycan və Pakistan arasında kosmos yönümlü xidmətlərin təkmilləşdirilməsi, kosmik proqramın daha da genişləndirilməsi, o cümlədən məkan məlumatları sahəsinin inkişafı baxımından əhəmiyyət daşıyır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026