15:16 - 19.10.2022
19 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 522 milyon dollar olub.
ABC.AZ xəbər verir ki, həmin dövrdə Azərbaycan bu ölkədən 183,9 milyon dollarlıq məhsul idxal edib.
Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 337,8 milyon dollar olub.
Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib. Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
18 Avqust 2026