15:56 - 6.10.2022
6 oktyabr, Fineko/abc.az. “Sevindirici haldır ki, pandemiya zəiflədikcə, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi artım trayektoriyasına qayıdıb”.
ABC.AZ xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.
O, əlavə edib ki, bu ilin 8 ayında Azərbaycanın Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 45%-dən çox artıb.
Azərbaycanın iqtisadi göstəricilərinə də toxunan Baş nazir qeyd edib ki, cari ilin 8 ayının yekunlarına görə, ölkədə iqtisadi artım müşahidə olunur, xarici ticarət sahəsində müsbət dinamika qorunub saxlanılır.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026