Rusiyanın bu şirkəti Azərbaycanda 5 ticarət nöqtəsi açacaq

16:09 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Rusiyanın yuxu məhsulları istehsalçısı olan “Askona” şirkəti Azərbaycan bazarına daxil olub.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, şirkət artıq Bakıda iki firma mağazası açıb.

“Biz ilk iki mağazanı açmışıq, lakin 2022-ci ildə beş, 2023-cü ildə isə daha beş ticarət nöqtəsi açmağı planlaşdırırıq”, - deyə şirkətin icraçı direktoru Vladimir Korçaqov qeyd edib. “Askona” 2022-ci ildə Azərbaycanda biznesin inkişafına 20 milyon rubl sərmayə yatırıb.