Azərbaycan daha çox hansı ölkələrə məhsul ixrac edib - Statistika

15:11 - 18.08.2022


18 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən cari ilin yanvar-iyun aylarında Azərbaycanın daha çox ixrac əməiyyatları apardığı ölkələrin statistikası verilib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Bildirilir ki , ixracın 48,6 faizini İtaliyaya, 10 faizini Türkiyəyə, 5,1 faizini İsrailə, 4,4 faizini Hindistana, 3,3 faizini Birləşmiş Krallığa, 3,1 faizini Yunanıstana, 2,3 faizini Portuqaliyaya, hər biri 2,1 faiz olmaqla Rusiya və Gürcüstana, 1,9 faizini İspaniyaya, hər biri 1,8 faiz olmaqla Tunis və Ukraynaya, hər biri 1,7 faiz olmaqla İsveçrə və Çexiyaya, 1,5 faizini Almaniyaya, 1,3 faizini Tailanda, 0,8 faizini Xorvatiyaya, hər biri 0,7 faiz olmaqla Rumıniya və İrlandiyaya, hər biri 0,6 faiz olmaqla Vyetnam, Tayvan (Çinin əyaləti) və İndoneziyaya, 3,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.