10:43 - 20.07.2022
20 iyul, Fineko/abc.az. Çörək və qənnadı məmulatlarının istehsalı və satışı fəaliyyətilə məşğul olan "Sumqayıt-çörək" ATSC 2021-ci ili 100 min 530 manat xalis mənfəət ilə başa vurub.
ABC.AZ-ın məlumatına görə, Şirkət 2020-ci ili 65 min 208 manat mənfəət, 52 min 166 manat xalis mənfəət ilə bağlamışdı.
"Sumqayıt-çörək" ATSC 2021-ci il üzrə satışdan gəlirləri və xərcləri barədə göstəriciləri açıqlamayıb. 2020-ci ildə ATSC-nin satışdan gəlirləri 4 milyon 674 min manat təşkil etmişdi. 2022-ci il yanvarın 1-nə “Sumqayıt – Çörək” ATSC-nin işçilərin sayı 275 nəfər təşkil edib.
“Sumqayıt – Çörək” ATSC-nin 519 nəfər səhmdarı var.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026