Azərbaycan və İsveçrə yeni ikitərəfli sənədlər imzalamağa hazırlaşır

21:55 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Azərbaycan ilə İsveçrə arasında yeni saziş və sənədlərin imzalanması üzrə işlər aparılır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

Nazir bildirib ki, son 30 il ərzində İsveçrədən Azərbaycana 1,6 milyard dollar, Azərbaycandan İsveçrə iqtisadiyyatına isə 2,3 milyard dollar investisiya yatırılıb. Ötən 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,8 milyard dollar təşkil edib.

Hazırda Azərbaycanda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib, onlardan 87-si sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat və ticarət sahələrində aktiv fəaliyyət göstərir. Yaxın vaxtlarda iki ölkə arasında əməkdaşlığı genişləndirəcək yeni sazişlərin imzalanması gözlənilir.