Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti buğda tədarükü həyata keçirilib

11:50 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük tədarükü reallaşdırılıb.

Ümumi çəkisi 979 ton olan və 14 vaqondan ibarət buğda yükü Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit olaraq 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialı göndərilib.

Eyni zamanda, Azərbaycandan Ermənistana birbaşa 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın AI-92 və AI-95 markalı benzin ixrac olunub.