Xarici ticarət əməliyyatlarımız 6 ayda bu qədər olub

10:32 - 18.07.2022


18 iyul, Fineko/abc.az. 2022-ci ilin 1-ci yarısında (yanvar-iyun dövründə) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 24 milyard 836 milyon 191 min ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 6 milyard 356 milyon 974 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 18 milyard 479 milyon 218 min ABŞ dolları ticarət qeydə alınıb.

Xarici ticarət saldosu müsbət 12 milyard 122 milyon 244 min ABŞ dolları təşkil edib.