Aİ Azərbaycanla qaz idxalı sazişi imzalamağa hazırlaşır  

12:30 - 14.07.2022


14 iyul, Fineko/abc.az.  Avropa İttifaqı (Aİ) Rusiyadan asıllığı azaltmaq üçün Azərbaycanla qeyd-şərtsiz qaz idxalı sazişi imzalamağa hazırlaşır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə "EUobserver"in nəzərdən keçirdiyi saziş layihəsində deyilir.

Layihədə bildirilir ki, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq Xəzər təbii qazının Avropa İttifaqına və ola bilsin ki, Qərbi Balkan ölkələrinə tədarükünü diversifikasiyanı artırmasını nəzərdə tutur. Sənədə əsasən, tərəflər ikitərəfli təbii qaz ticarətini, o cümlədən Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına ixrac vasitəsilə 2027-ci ilə qədər kommersiya məqsədəuyğunluğu və bazara tələblərinə uyğun olaraq hər il ən azı 20 milyard kubmetr qaz həcmində dəstəkləməyi hədəfləyirlər. Bu, Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayənin yatırılmasını nəzərdə tutur. Ancaq saziş layihəsində investisiya məbləğinin həcmi açıqlanmır.